Please ensure Javascript is enabled for purposes of website accessibility

Elanlar

Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə elan edilir



Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə elan edilmişdir. Müsahibəyə təqdim edilmiş vakant vəzifə barədə BURADAN məlumat əldə etmək mümkündür.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 14 aprel 2022-ci il tarixindən 04 may 2022-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında DÖVLƏT QULLUĞU ÜZRƏ MÜRACİƏT FORMASINI doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifənin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (WWW.DİM.GOV.AZ) əldə etmək olar.

Tarix: 15-04-2022 11:45