Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Masallı “ASAN Həyat” kompleksində Ombudsmanın Cənub Regional Mərkəzi fəaliyyətə başlayıb


Masallı “ASAN Həyat” kompleksində Ombudsmanın Cənub Regional Mərkəzinin açılış tədbiri baş tutub.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və digər qonaqlar iştirak ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən demokratik islahatlar vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsinə xidmət edir. Mərkəzin Masallı “ASAN Həyat” kompleksində yerləşməsi vətəndaşların sənədləşmə və bir çox məsələlərlə bağlı müraciətlərinin yerində həllinə imkan verəcək. Burada yaradılmış şərait və elektron imkanlar müraciətçilərin vəzifəli şəxslər tərəfindən qəbul imkanlarını genişləndirirməklə vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edəcək.

Yeniliklərdən biri də Ombudsmanın 916 Çağrı Mərkəzinin bütün Regional Mərkəzlərlə əlaqələndirilməsidir. 916 nömrəsi vasitəsilə ehtimal olunan insan hüquqları pozuntuları ilə bağlı məlumatın daha qısa müddətdə və effektiv araşdırılması təmin ediləcək.

Regional Mərkəzdə tətbiq olunan daha bir yenilik isə Ombudsman Aparatı, Qəbul Mərkəzi və Ombudsmanın regional mərkəzləri ilə videokonfranslar keçirilməsi imkanının yaradılmasıdır.

Regional Mərkəzdə qəbulların aparılacağı xidməti otaqlar, konfidensial qəbul otağı, kollektiv görüşlər üçün nəzərdə tutulan zal vardır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi qaydaları da nəzərə alınmaqla regional Mərkəzdə fəaliyyət göstərəcək könüllülər də qəbul prosesində vətəndaşlara yardımçı olacaqlar.

Bu il həm də Ombudsman təsisatının fəaliyyətə başlamasının 20 illiyi tamam olur.


Tarix: 05-08-2022 15:03