Please ensure Javascript is enabled for purposes of website accessibility

Mükafatlar

“ASAN xidmət” "Teknofest Samsun" tədbirində stend ilə təmsil olunur.


Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktara “ASAN xidmət” stendi barədə ətraflı məlumat verib.

Stenddə Dövlət Agentliyinin müxtəlif qurumlarının və struktur bölmələrinin - “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin, “ABAD”ın, “YAŞAT” Fondunun, ASAN Radionun, “İnnovasiyalar Mərkəzi”nin innovativ məhsul və həlləri nümayiş olunur.

Stend "ABB”nin maliyyə tərəfdaşlığı ilə təqdim edilir.

Tarix: 30-08-2022 17:40