Please ensure Javascript is enabled for purposes of website accessibility

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin 2014-cü il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən icrası barədə Məlumat

 

 

Tədbirin adı

 

 

Görülmüş işlər

6.5.6

Dövlət orqanlarında işləyən gənclərin peşə bacarıqlarının təkmilləşdirilməsi

 

          Dövlət Agentliyində işləyən gənclərin peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə 2014-cü ildə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin Təlim sektoru  Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərinin gənc əməkdaşları üçün yerli mütəxəssislər tərəfindən 2014-cü il ərzində  362 təlimin keçirilməsini təşkil etmişdir. Bu təlimlərdə ümumilikdə  5454 nəfər  iştirak  etmişdir.

Keçirilən təlimlər aşağıdakı mövzularda olmuşdur:

  • Etik davranış qaydaları, işgüzar etiket - 60 təlim (1098 nəfər);
  • Stressin idarə olunması - 55 təlim (1033 nəfər); 
  • Münaqişəli halların idarə olunması - 19  təlim (335 nəfər); 
  • Vətəndaş məmnunluğunun təmin olunması prinsipləri və qaydaları - 10  təlim (170) nəfər; 
  • Səmərəli xidmətdə ünsiyyətin, kütlə psixologiyasının və sosial həssaslığın rolu - 26 təlim (446 nəfər); 
  • Vahid məlumatlandırma - 61 təlim (707 nəfər); 
  • Dinləmə və izahetmə bacarığı, səmərəli ünsiyyətin prinsipləri, ünsiyyət komponentlərinin təkmilləşdirilməsi – 36 təlim (710 nəfər);
  • Fövqəladə hallara dair məlumatlandırma - 1 təlim (18 nəfər);
  • İlkin təlim - 27 təlim (285 nəfər);
  • İlkin tibbi yardım - 1 təlim (23 nəfər);
  • Peşə xəstəliklərinin profilaktikası - 3 təlim (43 nəfər);
  • İnformasiya texnologiyaları bilikləri - 10 təlim (68 nəfər);
  • Yeni sığorta qanunvericiliyi - 6 təlim (109 nəfər);
  • İngilis dilinin təkmilləşdirilməsi – 58 nəfər;
  • Digər mövzularda - 43 təlim (222 nəfər).

          Eyni zamanda İnsan resursları və təlim şöbəsi və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə ədliyyə orqanlarına ilk dəfə işə qəbul olunmuş 50 gənc əməkdaşa “Sosial dövlətdə xidmətlərin səmərəlilik meyarları” mövzusunda mühazirə təşkil olunmuşdur.

            Dövlət Agentliyində gənc əməkdaşlara menecment biliklərinin artırılması üzrə İnsan resursları və təlim şöbəsinin Təlim sektoru tərəfindən aşağıdakı təlimlər keçirilmişdir:

  • Ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi;
  • Strateji planlaşdırma;
  • İnsan hüquqları, miqrasiya siyasəti, əmək qanunvericiliyi;
  • Dövlət satınalması, vergi sistemi;
  • E-hökumət;
  • Məlumatların təhlükəsizliyi;
  • Mediada monitorinq sistemləri;
  • Sosial innovasiyalar;
  • Xidməti fəaliyyətin qiymətləndirilməsi qaydası;
  • Gənc menecerlər üçün vacib olan cəhətlər;
  • 2014-cü ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Dövlət qulluqçularının etik davranış qaydalarına dair əl kitabçasının hazırlanması və etik davranış qaydalarına dair məlumatlandırmanın artırılması.

      2014-cü il ərzində Dövlət Agentliyinin gənc əməkdaşlarının digər qurumlar tərəfindən təşkil edilən aşağıdakı xarici və yerli təlimlərdə iştirakı təmin edilmişdir:   

  • 2014-cü il 30-31 oktyabr tarixlərində GİZ ilə birlikdə təşkil olunan “E-Learning” təlimi;
  • 2014-cü il 23-26 noyabr tarixlərində Estoniyada “Təlim tələbatlarının qiymətləndirilməsi”nə dair təlim;
  • Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın “Dövlət qulluqçularının potensialının gücləndirilməsi” mövzusunda təşkil etdiyi təlimlər;
  • 2014-cü il 24-28 aprel tarixlərində “Müştəri (vətəndaş) məmnunluğunun mahiyyəti və onun xidmət keyfiyyətinin yüksəldilməsindəki rolu” mövzusunda Türkiyə Respublikasının İstanbul şəhərində  təşkil olunmuş təlim;   
  • 2014-cü ilin 3-4 iyun tarixlərində  Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən xidməti fəaliyyətin qiymətləndirilməsi qaydalarına dair təşkil olunmuş təlim.

Dövlət Agentliyi tərəfindən insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, оnların daim dəyişən və yenilənən əmək şəraitinə uyğunlaşdırılması istiqamətində 2014-cü il ərzində aşağıdakı tədbirlər həyata keçirilmişdir:

  • “ASAN xidmət” mərkəzinin 1 əməkdaşı Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasında magistratura pilləsində əlavə təhsil almaq üçün göndərilmişdir.
  • Dövlət Agentliyinin 1 əməkdaşı Belçikaya psixologiya üzrə əlavə təhsil almağa göndərilmişdir;
  • Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyasında təşkil edilmiş “Gənclər siyasətinə dair təşkil olunmuş qısamüddətli ixtisasartırma kursu”nda “ASAN xidmət” mərkəzlərinin 2 əməkdaşı  iştirak etmişdir;
  • 2014-cü ilin 16 iyul-2 avqust tarixlərində Dövlət Agentliyinin 1 əməkdaşı Almaniyada “Alman hüququ” üzrə yay məktəbində iştirak etmişdir.