Press-relizlər

"ASAN Məktub" sosial proqramı bu dəfə Quba regionundan olan uşaqların arzularını gerçəkləşdirib.


"ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramının təşkilatçılığı və "Gilli Coffee"nin dəstəyi ilə Quba regionundan olan 70-dən çox uşağın arzusu reallaşdırılıb.

Layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan 3-14 yaş aralığındakı uşaqların üzündə təbəssüm yaratmaq və onların kiçik arzularını gerçəkləşdirməkdir.

Siz də balaca qəlblərdə böyük sevinclər yaratmaq üçün www.asanmektub.az saytına daxil olaraq məktub öhdəliyə götürə bilərsiniz.

Hədiyyələrin kiçik dostlarımıza çatdırılmasında göstərdikləri dəstəyə görə Abşeron Logistika Mərkəzinə təşəkkür edirik!


Tarix: 06-05-2025 10:40