“ASAN xidmət” mərkəzlərində “Əcnəbi könüllülər”in qəbuluna start verilir!
Ölkə ərazisində yaşayan 18-28 yaş aralığında olan əcnəbi vətəndaşlar üçün “ASAN xidmət” mərkəzlərində könüllü olmaq imkanı yaradılıb!
Fəaliyyətiniz ərzində sizi nələr gözləyir? 
dövlət qurumu ilə tanışlıq;
yerli və beynəlxalq tədbirlərdə iştirak;
sosial istiqamətli layihələrdə iştirak;
ideyalarınızı həyata keçirmə;
yumşaq bacarıqlarınızın inkişafı;
şəxsi inkişafınız üzrə əvəzolunmaz təcrübə;
yeni dostluq əlaqələri və daha nələr
“ASAN xidmət” mərkəzlərində könüllü fəaliyyətiniz 4 həftəni əhatə edəcək. Sizə fəaliyyətinizin sonunda sertifikat təqdim olunacaq. Məzun olduğunuz təqdirdə də layihələrə aktiv şəkildə qoşula biləcəksiniz.
Siz də ASAN könüllüsü olub, yeni təcrübələr əldə etmək istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin. 

Qeydiyyat linki: