“ASAN Akademiya - 2024” layihəsi çərçivəsində təlimlər davam edir.
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və “bp Azərbaycan” şirkətinin dəstəyi ilə həyata keçirilən “ASAN Akademiya - 2024” çərçivəsində “İctimaiyyətlə əlaqələr” modulu üzrə növbəti təlim “Marketinq kommunikasiya kanalları” mövzusunda baş tutub. 
Təlim çərçivəsində
Kommunikasiya nədir?;
Kommunikasiyanın biznesə qatdığı dəyərlər;
Kommunikasiyanın marketinqə qatdığı dəyərlər kimi mövzulardan bəhs olunub və iştirakçıların sualları cavablandırılıb.