Press-relizlər

“Human 2.0: Gələcəyin Texnoloji İnsanı” panel müzakirəsi keçirilib


Dövlət Agentliyinin və tabeli struktur bölmələrin əməkdaşları ilə birgə süni intellektin texnologiya dünyasındakı inqilabi gücü, gələcək təsirləri və insanla qarşılıqlı münasibətləri mövzusunda əhatəli müzakirələr aparıldı.

Müxtəlif mövzularda iştirakçılardan gələn sualları cavablandırılıb. Müzakirələrdə süni intellektin sosial ədalətin təminində rolu, emosiyaların süni intellektə köçürülməsi, yaradıcı intellektlə mübarizə və süni intellektin gələcək perspektivləri kimi məsələlərə toxunulub. Panel müzakirəsində iştirak edən əməkdaşların süni intellekt barədə məlumatlılığı ölçülüb.

Sonda süni intellekt tərəfindən yaradılmış mahnı dinlənilərək texnologiyanın sənətə təsiri praktik şəkildə nümayiş etdirilib.


Tarix: 01-11-2024 16:00